Binəqədidə qanvermə aksiyası keçirilib - FOTO
13 may 2011 18:41 (UTC +04:00)

Binəqədidə qanvermə aksiyası keçirilib - FOTO

Bu barədə Lent.az-a rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev bildirib. RİH və YAP rayon təşkilatının birgə təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiyanın məqsədi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara köməklik göstərmək, onlara dəstək olmaqdır.


Gün ərzində davam edən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, o cümlədən təhsil, səhiyyə və mədəniyyət işçiləri, dövlət və bələdiyyə qulluqçuları fəallıq göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar