“Mənim ailəm” VII Respublika Festivalı keçiriləcək
13 may 2011 16:55 (UTC +04:00)

“Mənim ailəm” VII Respublika Festivalı keçiriləcək

Festival mayın 14-də “Elite” Ticarət və Əyləncə Mərkəzinin “Queen” zalında baş tutacaq. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festivalda bölgələrdən və Bakı şəhərindən 30-dan çox gənc ailə iştirak edəcək. Festivalda ev tapşırığı olaraq, “Mənim ailəm” fotoalbomunun hazırlanaraq təqdim edilməsi, “Biz istedadlıyıq” əyləncəli-musiqili yarışlar çərçivəsində karaokedə mahnının birgə ifası, “İntellekt - o da ki bizdə!” intellektual yarışlar, “Biz idmanı sevirik” idman yarışları, “Bir baxışından başa düşürəm” psixoloji yarışma və digər müsabiqələr gerçəkləşəcək. Qalib gələn ailələr qiymətli hədiyyələr və diplomlarla təltif olunacaq.



Festivalın baş tutmasında əsas məqsəd gənc ailələrə dövlət qayğısını daha da artırmaq, ictimaiyyətin diqqət və səylərini onların sosial problemlərinə yönəltmək, gənc ailələrin tərbiyəvi funksiyalarının genişləndirilməsinə əlverişli şərait yaratmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və 15 may tarixində qeyd olunan Beynəlxalq Ailə gününü ölkədə keçirməkdir.
Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar