DSMF jurnalist müsabiqəsinin nəticələrini açıqladı
13 may 2011 16:32 (UTC +04:00)

DSMF jurnalist müsabiqəsinin nəticələrini açıqladı

Mayın 13-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri üçün “Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir” mövzusunda elan edilən müsabiqənin nəticələri acıqlanıb.

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, Rəşad Baxşəliyev “Şərq” qəzetində dərc olunan yazısına görə, Xalid Vahidoğli “Üç nöqtə” qəzetində dərc olunan yazısına görə, Nigar Məmmədli “Qafqazinfo” internet qəzetində dərc olunan yazısına görə, Rəsmiyyə Rzalı “Azərbaycan” qəzetində dərc olunan yazısına görə, Cəmilə Əsgərxanqızı “Həftə içi” qəzetində dərc olunan yazısına görə, Ülkər Nəbiyeva “525-ci qəzet”də dərc olunan yazısına görə, Xalid Məmmədov “Azərbaycan Dövlət Teleqraf Agentliyi”ndə (AzərTAc) dərc olunan yazısına görə, Babək Göyüş “Üç nöqtə” qəzetində dərc olunan yazısına görə, Yusif Seyid “Paralel” qəzetində dərc olunan yazısına görə, Ruhiyyə Daşsalahlı “Yeni Azərbaycan” qəzetində dərc olunan yazısına görə, Vüqar Haqverdiyev “Milli.az” xəbər portalında dərc olunan yazısına görə mükafata (fərqlənmə) layiq görülüblər.

Ən yaxşı məqalə nominasiyası üzrə I yerə İlhamə İsabalayeva Azəri-Press Xəbər Agentliyində (APA) dərc olunan yazısına görə, II yerə (2 nəfər) Samir Mustafayev “Azərbaycan” qəzetində dərc olunan yazısına görə və İlahə Məmmədli “Trend” İnformasiya Agentliyində dərc olunan yazısına görə, III yerə (3 nəfər) İradə Ağayeva “Azerbaydjanskie İzvestiya” qəzetində dərc olunan yazısına görə, Murad Baxşəliyev “Paritet” qəzetində dərc olunan yazısına görə və Akif Nəsirli “Paralel” qəzetində dərc olunan yazısına görə layiq görülüblər.

Televiziya kanallarında verilmiş ən yaxşı telesüjetlər üzrə isə I yerə Zümrüd Dəmirova (“Xəzər” televiziyası), II yerə (2 nəfər) Əli Rzayev (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC) və Sülhiyyə Şirinova (“Space” Müstəqil Televiziya və Radio Şirkəti), III yerə (2 nəfər) Rasim Şərifov (“Lider” televiziyası) və Neyman Səfərəliyev (“ANS” Müstəqil Yayım və Media Şirkəti) layiq görülüblər.

DSMF sədri Səlim Müslümov qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplom və mükafatları təqdim edib. Səlim Müslümov deyib ki, Fond sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə yeni layihələr gerçəkləşdirməyi planlaşdırır. Bu layihələr icra olunarkən kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar