Hər məcburi köçkünə ildə 684 manat ayrılır
Yerdə qalan miqdar isə komitənin işçilərinin maaşına və məcburi köçkünlərin kommunal xərclərinə ödənilir. Hər il məcburi köçkünlərə adambaşına 684 manat vəsait xərclənir”.
Lent.az-ın xəbərinə görə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, 2003-cü ildən bu yana məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan vəsait 5 dəfədən çox artıb. 2003-cü ildə isə 121 manat təşkil edən vəsait, indi 684 manatdır.
Komitə sədri önümüzdəki illərdə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramına daxil edilən məsələlərdən bəhs edərək bildirib ki, yaxın iki ildə BDU-nun yataqxanalarının boşaldılması təmin ediləcək.
O qeyd edib ki, 2011-ci ilə qədər məcburi köçkün və qaçqınların sosial problemlərini həll etmək üçün ümumilikdə 3.7 milyard manat vəsait xərclənib. Vəsaitin əsas hissəsi dövlət büdcəsinin, qalan hissələri isə Dövlət Neft Fondunun və beynəlxalq humanitar təşkilatların hesabına təmin olunub.
Anar GƏRAYLI

465