BDU-da Abay Kunanbayev Mərkəzi açıldı
13 may 2011 14:57 (UTC +04:00)

BDU-da Abay Kunanbayev Mərkəzi açıldı

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim açıblar.


Akademik Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca xalqlarımız arasında olan əlaqələrin daha da inkişafında ən böyük uğur Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilib. Həmin siyasət bu gün respublika prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.


Tədbirdə Qazaxıstan Respublikası Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Mınbay, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən danışıb, mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar