Belarus şirkətləri İsmayıllıda məcburi köçkünlərə qəsəbə tikəcək
Lent.az-ın xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 13-də keçirdiyi mətbuat konfransında açıqlayıb. O deyib ki, Belarus prezidentin bu təklifindən sonra bu ölkənin səfiri “Qaçqınkom”a müraciət edərək, Belarus şirkətlərinin məcburi köçkünlərə qəsəbə salınması layihələrində iştirak edə biləcəyini bildirib: “Biz bu təklifdən sonra İsmayıllı rayonunda yer ayırdıq ki, orada məcburi köçkünlər üçün yeni qəsəbə salınsın. Orada 45 fərdi mənzildən ibarət kiçik bir qəsəbə inşa ediləcək”.
Ə.Həsənov bildirib ki, layihənin vəsaiti Azərbaycan dövləti tərəfindən qarşılanacaq: “Güman edirəm ki, gələn il həmin ərazidə nəzərdə tutulmuş evlərin tikintisinə başlanılacaq”.
Anar GƏRAYLI
Ə.Həsənov bildirib ki, layihənin vəsaiti Azərbaycan dövləti tərəfindən qarşılanacaq: “Güman edirəm ki, gələn il həmin ərazidə nəzərdə tutulmuş evlərin tikintisinə başlanılacaq”.
Anar GƏRAYLI
428