Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində seminar keçirilib
13 may 2011 12:40 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində seminar keçirilib

Lent.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri Hidayət Orucov dinlərarası dialoq üzrə mütəxəssis professor Şvidleri tədbir iştirakçılarına təqdim etdikdən sonra Azərbaycanda dövlət-din münasibətləri, dini durum, son illər respublikamızda keçirilən mədəniyyətlərarası və dinlərarası münasibətlərdə dialoq mövzusuna həsr olunmuş beynəlxalq konfranslar, ümumdünya sammitləri kontekstində bugünkü tədbirin əhəmiyyətini açıqlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması zərurəti, onun məqsəd və vəzifələri barədə professor Şvidlerə ümumi tanışlıq verib.

Hidayət Orucov diqqətə çatdırıb ki, prezident İlham Əliyev ən geniş mənada dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir: “Yeni məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisində və bərpasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Ölkəmizdə milli məsələlərin, insanların mədəni hüquqlarının, bu fonda dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: qanunvericilik bazası və xalqlarının milli-mənəvi dəyərlər kompleksinə hörmət”.

“Ölkənizdə dini durum, dövlət-din münasibətlərindəki reallığı öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur”, - qənaəti ilə çıxışına başlayan professor Leonard Şvidler deyib ki, hazırda dinlərarası dialoq vətəndaşların vicdan azadlığının və sosial həyatının təmin olunmasının əsas tərkib hissəsi, cəmiyyətin təhlükəsizliyinin və mənəvi bazasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdəndir. Cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında dialoqla bağlı nəzəri-metodoloji istiqamətləri seminar iştirakçılarının diqqətinə çatdıran Leonard Şvidler klassik mənada dialoq anlayışı ilə müasir dövrdə dialoqun ümumi və fərqli tərəflərini tədbir iştirakçılarına şərh edib.

Professor Leonard Şvidler tədbirin sonunda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar