Ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı artıb
Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, əgər keçən il dövlət sifarişli yerlərin sayı 10429 idisə, bu il 10616 yerdir. TQDK sədri bu il 110 min abituriyentin sənəd verəcəyini də söyləyib.
M.Abbaszadə onu da qeyd edib ki, əgər əvvəllər ali məktəblər dövlət sifarişli yerlər üçün maraqlı deyildisə, indi artıq maraqlıdır: “Hazırda dövlət sifarişli yerlər üçün dövlət büdcəsindən ali məktəbə hər yer üçün 2000-2500 manat ödənilir. Bu, kifayət qədər normal məbləğdir. Vəsait artdığından ali məktəblər artıq dövlət sifarişli yerlərə maraq göstərir. Ancaq əvvəllər dövlət sifarişli yerlər üçün vəsait aşağı olduğundan ali məktəblər ödənişli yerlərin artmasına daha çox maraq göstərirdi”.
Ramiz Mikayıloğlu

617