AXA MBASK uşaqlara təbəssüm bəxş edir
13 may 2011 09:42 (UTC +04:00)

AXA MBASK uşaqlara təbəssüm bəxş edir

AXA MBASK SC-nin əməkdaşları öz qüvvələri ilə, habelə Save the Children-in işçiləri ilə birlikdə Bakı şəhərinin, Gəncə, Quba, Lənkəran və Şəkinin uşaq evlərində xeyriyyə aksiyaları keçiriblər.

Save the Children təşkilatının nümayəndəsi Samir Məmmədov bu aksiyanı şərh edərək, deyib:

- Uşaq hüquqlarının müdafiəsi üzrə qabaqcıl beynəlxalq təşkilat olan Save the Children, hər bir uşağın özünün həyat, müdafiə, inkişaf və iştirak hüquqlarından istifadə edə biləcəyi bir dünyanın qurulması istiqamətində fəaliyyət göstərir. Bizim personal xüsusi qayğıya ehtiyacı olan uşaqların bilavasitə yaxınlığında fəaliyyət göstərir və onların tələbatlarını yaxşı bilir. Buna görə də biz bu addımı yüksək qiymətləndiririk. Öz adımdan AXA MBASK-ın personalına minnətdarlığımı bildirirəm.

Öz növbəsində, AXA MBASK Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin müavini Rəşad Abbasov qeyd edib ki, “AXA MBASK şirkəti birinci il deyildir ki, xeyriyyə aksiyaları keçirir. Sosial məsuliyyət bizim korporativ mədəniyyətimizin bir hissəsi olub”.

“Biz başa düşürük ki, valideyn himayəsindən kənarda qalmış uşaqlar, əhalinin sosial təbəqələrində ən az müdafiə olunan qatdır və onların daim diqqətə və dəstəyə ehtiyacı var. Ümidvarıq ki, öz aksiyamızla biz onlara nə iləsə yardım edə bildik. Uşağın simasında təbəssüm çox şeyə dəyər və biz bu cür layihələrin bu gün və gələcəkdə bütün əhəmiyyətini dərk edirik” – deyə R.Abbasov sözünü tamamlayıb.

Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişdi. Şirkətin səhmlərinin nəzarət qovluğunu (51%), özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros-un (İspaniya) vasitəsi ilə, AXA Group (Fransa) şirkəti əldə etdi.

AXA Group – maliyyə mühafizəsi sahəsində dünya üzrə liderdir, o öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə cəmləşdirməklə, həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar