Prezident İlham Əliyev Mərdəkanda olub
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında həyata keçirilən quruculuq işləri barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, Mərdəkanda da ilkin olaraq qəsəbədaxili yolların əsaslı yenidən qurulması işlərinə başlanılıb. Buradakı yolların 16 min 500 kvadratmetr sahəsinə artıq yeni asfalt döşənib, əlavə olaraq 19 min kvadratmetr əraziyə isə asfalt döşənilməsi nəzərdə tutulur. Mərdəkan qəsəbəsində su və qaz xətlərinin yeniləri ilə əvəzlənəcəyi, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, bu qəsəbədə də kanalizasiya sisteminin qurulacağının dövlət proqramına salındığı qeyd edildi. Qəsəbənin işıqlandırma sistemi də tamamilə yenidən qurulacaq. Mərdəkanda 81 nömrəli orta məktəbin, 91 və 221 nömrəli körpələr evi və uşaq bağçalarının, 26 saylı birləşmiş şəhər xəstəxanasının, 2 nömrəli vərəm sanatoriyasının binalarının əsaslı şəkildə yenidən qurulacağı və ən müasir tələblərə cavab verən avadanlıq və inventarlarla təchiz ediləcəyi bildirilib.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb.
Mərdəkanda həyata keçirilən quruculuq tədbirlərinə görə dövlət başçısına minnətdarlıq edən sakinlər görüləcək işlərlə bağlı fikir və təkliflərini söyləyiblər.

644