MTN-in xüsusi təyinatlıları “Heydər Zirvəsi”ndə - FOTO
MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, xüsusi təyinatlıların Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşmiş hündürlüyü 3 min 751 metr olan və Heydər Əliyevin adını daşıyan “Heydər Zirvəsi”nə yürüşü mayın 7-də Bakı şəhərində Fəxri və Şəhidlər xiyabanlarını ziyarətdən başlanıb. Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədilə həmin ərazidə düşərgə salınıb. Yürüş iştirakçıları mayın 9-da ulu öndərin adını daşıyan “Heydər Zirvəsi”nə qalxaraq,Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar və Azərbaycanın dövlət bayrağını sancıblar.
1679