“TREKA 2009” şirkəti və “Farmay” apteki reklam qanunvericiliyini pozub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılan monitorinqlər zamanı təsərrüfat subyektləri tərəfindən qanunvericiliyin tələbələrinə əməl edilmədən yayımlanan reklam materialları müəyyən olunub.
“TREKA 2009” şirkətinin reklam materialında qanunvericiliyin tələblərinə zidd olaraq “nömrə 1” terminindən, “Farmay” aptekinin vitrinində körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklam materiallarında isə körpə təsvirlərindən istifadə olunduğu aşkar edilib. Dövlət Xidməti tərəfindən qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib, nəticədə yol verilmiş qanun pozuntuları aradan qaldırılıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına “Reklam haqqında” qanununun tələblərinə əməl etməyi tövsiyə edir.

828