“Jurnalistlər üçün hüquqi terminlər lüğəti” təqdim edildi
12 may 2011 13:49 (UTC +04:00)

“Jurnalistlər üçün hüquqi terminlər lüğəti” təqdim edildi

Lent.az-ın məlumatına görə, tədbirdə müxtəlif KİV rəhbərləri, tanımış hüquqşünaslar və ictimai xadimlər iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Eldar Sultanov bu lüğətin jurnalistlər üçün qiymətli vəsait olacağını və stolüstü kitaba çevriləcəyini bildirib. Mətbuat Şurasının sədri Əflatın Amaşov isə 1000 tirajla çap olunmuş lüğətin daha sonra nüsxələrinin artırılacağını söyləyib. 2005-ci ildə bu tip vəsaitin hazırlandığını qeyd edən Ə.Amaşov yeni hazırlanmış lüğətin daha ətraflı və məzmunlu olduğunu deyib. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə hazırda “Müasir Hüquq Ensklopediyası” adlı vəsait hazırladıqlarını və tezliklə onu da ictimaiyyətə təqdim edəcəklərini bildirib.


Qeyd edək ki, “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” bütün redaksiyalara və aidiyyatı qurumlara paylanılacaq. Bu kitabdan tələbə və professor-müəllim heyəti də istifadə edə bilər.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar