Bakıda Gənclər Təşkilatlarının IV Respublika Sərgisi keçiriləcək
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərginin təşkilində məqsəd gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır. Sərgidə hər bir təşkilat üçün ayrılmış sahədə stendlər quraşdırılacaq. Gənclər təşkilatları da onlar üçün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclərlə birbaşa ünsiyyətdə olacaqlar.
Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.
Sərgidə iştirak etmək istəyən gənclər təşkilatlarının mayın 31-ə qədər vaxtları var.
Xəyalə
Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.
Sərgidə iştirak etmək istəyən gənclər təşkilatlarının mayın 31-ə qədər vaxtları var.
Xəyalə
457