Dövlət müəssisələrdə çalışanlar üçün yaş senzi təklif edilir
“APA-ECONOMICS”in məlumatına görə, bu barədə Milli Məclisin (MM) Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Dəyişikliyə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması təklif edilir. Müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Lakin çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
H. Rəcəbli onu da bildirib ki, bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmaya bilər.
Dəyişiklik müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.

492