Almaniyada Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı boks yarışı keçirilib
10 may 2011 18:04 (UTC +04:00)

Almaniyada Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı boks yarışı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Boks Turniri Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti tərəfindən, Azərbaycanın Həvəskar Boks Federasiyası, Ukrayna-Azərbaycan Konqresi və LBN-boks Ptromorionu ilə əməkdaşlıqda təşkil olunub.

Turnirdə Ukrayna, Çexiya, Gürcüstan, Almaniya, Türkiyə, Kuba və Azərbaycan boksçuları iştirak ediblər. Azərbaycan turnirdə iki boksçu ilə təmsil olunub. Həmyerlimiz IBF/Avropa,IBO/inter/continental,PABA/interim çempionu Azad Əzizov ukraynalı boksçu Valentin Kutsla qarşılaşaraq dünya kəmərini ikinci dəfə qoruyub və çempion adını saxlayıb. Azərbaycanı təmsil edən İkinci boksçu Agali Alışov çexiyalı boksçu Joşev Holub ilə qarşılaşaraq vətənə ikinci Dünya Kəmərini gətirib.

Turnirdə idmançılarımızı Azərbaycan diasporu dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar