“Unibank”da  «Novruz» aksiyasına yekun vuruldu
10 may 2011 13:55 (UTC +04:00)

“Unibank”da «Novruz» aksiyasına yekun vuruldu

Martın 9-da start götürən bu aksiya çərçivəsində Bankdan «AL Kart» və nağd kredit cəlb edənlərin hər beşincisi «Nokia» telefonlarının sahibi olub. Ötən həftəsonu aprel ayında kredit cəlb edənlər arasında olan daha 88 müştəriyə yeni “Mobitel” zəmanətli cib telefonları hədiyyə olunub. Cəmi son iki ay ərzində qaliblərin ümumi sayı 150 nəfəri ötüb, aksiyanın şərtlərini bəyənən müştərilərin sayı isə minə yaxın olub. Hədiyyə alanların təyin edilməsi “Unibank”ın xüsusi proqram təminatı vasitəsilə aparılıb. Bu zaman kreditlərin alınması üzrə ardıcıllıq həmin kompüter sistemində müştərinin müraciətinin edildiyi ana görə hesablanıb. Qaliblər mərkəzləşdirilmiş qaydada 25 filial və şöbəni birləşdirən “Unibank”ın bütün xidmət şəbəkəsi üzrə müəyyən edilib.

Maraqlıdır ki, “Novruz” aksiyasının əsas şərtlərindən biri “AL Kart” və nağd kreditlərin rəsmiləşdirilməsində bank prosedurların daha da sadələşdirilməsi olub. Artıq bu növ kreditlərin cəlb olunması üçün təsdiqlənmiş aylıq gəlirlər müvafiq olaraq 200 AZN və 85 AZN-dən başlaya bilər. Eyni zamanda, 2000 manat həcminədək kreditlərin verildiyi təqdirdə Bank tərəfindən zamin və girov tələbi tətbiq olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar