(R) “SW Travel” yeni onlayn bronlaşdirma sistemini tətbiq edir
Həyatımızın ayrılmaz hissəsinə çevrilən İnformasiya Texnologiyaları turizm sektorunda da geniş yer alıb. Beynəlxalq təcrübəyə böyük üstünlük verən “SW Travel” Rusiyanın “Samo-Soft” şirkətinin məhsulu olan turların onlayn bronlaşdırması sisteminin tətbiq edilməsinə dair layihəni həyata keçirir. Hazırda “Samo-Soft”un Azərbaycanda rəsmi dileri olan “SW Travel” şirkətinin məqsədi “Samo-Tur” və “Samo-TurAgent” adlanan proqramları “SW Travel”də, həmçinin ölkənin digər turizm şirkətlərində tətbiq edərək, turizm xidmətini avtomatlaşdırmaq və müasirləşdirməkdir.
Bu sistemin köməkliyi ilə agentlik turist paketlərinin axtarışı, ayrı-ayrı turoperatorların təkliflərinin müqayisəsi, müxtəlif xidmətlərin daxil olduğu turizm paketlərinin qiymətinin asanlıqla hesablanması, təchizatçılar və müştərilərlə hesablaşmaların avtomatlaşdırılması, mühasibat proqramları ilə əlaqənin yaradılması, menecerlərin fəaliyyətinə nəzarətin artırılması kimi üstünlüklər qazanacaq, turistə lazım olan sənədləri - aviabilet, vauçer, sığorta şəhadətnaməsini və yaddaş kitabçasını yerindəcə təqdim etmək imkanı əldə edəcək. Beləliklə, sistem menecerin vaxtına xeyli qənaət etmiş olacaq və onun işini asanlaşdıracaq. Eyni zamanda “SW Travel” şirkəti hazırda “Samo-Soft”la birgə, turizm bazarında tam yeni olan bir layihənin yekunlaşdırılması ərəfəsindədir. B2C (istehlakçı üçün biznes) sxemi ilə çalışacaq bu sistem istehlakçıya turizm paketlərinin onlayn rejimdə müstəqil olaraq yaradılması, bron edilməsi və kredit kartı vasitəsi ilə ödənişin edilməsi imkanı yaradacaq. Belə olan halda turpaket əldə etmək üçün evdən və ya ofisdən çıxmağa belə ehtiyac qalmır. Zəruri onlayn əməliyyatlar aparıldıqdan sonra lazım olan bütün elektron sənədlər (aviabilet, vauçer və sığorta şəhadətnaməsi) e-mail ünvana göndərilir.
Yaxınlarda başa çatmış “Turizm və səyahət 2011” Beynəlxalq sərgisində “SW Travel” “Samo-Soft” şirkəti ilə birgə adıçəkilən məhsulun təqdimat mərasimini və mövzuya dair seminar keçirmişdi. Qeyd etdiyimiz kimi, “SW Travel” “Samo-Soft” şirkətinin Azərbaycandakı rəsmi dileridir. Bu isə o deməkdir ki, Azərbaycanın turizm şirkətləri “Samo-Soft”un proqramlarını asanlıqla əldə edə biləcəklər. “SW Travel” “Samo-Soft”un məhsullarını alan bütün şirkətlərə metodiki və texniki dəstək göstərəcəkdir.

833