İki qəzetin məsələsi Baş Prokurorluqda
06 may 2011 17:50 (UTC +04:00)

İki qəzetin məsələsi Baş Prokurorluqda

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Həmin qəzetlərin fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına şərait yaradan bir sıra qanun pozuntularına və sui-istifadə hallarına yol verilməsi, fiziki və hüquqi şəxslərin barəsində böhtan xarakterli olmaqla, onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən yazıların dərc olunması ilə əlaqədar müvafiq tədbirlər görülməsi üçün mayın 2-də Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət daxil olub.


Hazırda müraciətdə göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070

Oxşar yazılar