Əli Məsimli: “Qiyməti qaldıran işbazlar tapılmalı və cəzalandırılmalıdır”
Lent.az-n məlumatına görə, bu sözləri deputat Əli Məsimli deyib.
O, Milli Məclisin bugünkü iclasında dövlət büdcəsinin qəbulu məsələsinə toxunaraq, büdcənin qəbulu prosesində əhalinin gəlirlərinin artırılmasının diqqətə alınmasını təklif etdi. O bildirdi ki, ölkədə əhalinin maaşlarına artım edildiyi andan etibarən, bir sıra işbazlar bundan istifadə edərək, ölkədə inflyasiyanın artmasına səbəb olurlar: “Azərbaycanda daxili istehsalda inflyasiya 3 faiz, xarici idxal mallarında da 3 faizdən artıq deyil. Bir faiz də mən səhv edim. Ancaq məsələ burasındadır ki, ölkədə maaşlar və pensiyalar 20 faiz artan kimi işbazlar bundan istifadə edərək, qiymətləri 20 faizdən də artıq qaldırırlar”.
Ə.Məsimli təklif etdi ki, bu tip fəaliyyətlə məşğul olaraq, süni qiymət artımı ilə məşğul olan işbazların kimliyi araşdırılsın və ciddi şəkildə cəzalandırılsın. Eyni zamanda, ölkədə mövcud olan haqsız rəqabət mühiti aradan qaldırılsın. Ölkədə illik 13,7 milyard manat pərakəndə mal dövriyyəsinin olduğunu vurğulayan deputat qeyd etdi ki, əgər ən azı 10 faizlə hesablansa, işbazlar bu vasitəylə 137 milyon manat qazanırlar: ”Onlar elə bilir ki, bundan heç kimin xəbəri yoxdur. Ancaq bu məsələ ciddi araşdırılmalıdır”.
Anar GƏRAYLI

486