Qüdrət Həsənquliyev: “Orta məktəblərdə təhsilin səviyyəsinə nəzarət edilməlidir”
“Hörmətli, Məleykə xanım həmişə çalışır sübut eləsin ki, orta məktəblərdə təhsilin səviyyəsi aşağıdır. Buna görə də, ildən-ilə qəbul imtahanlarında test suallarının səviyyəsi çətinləşdirilir. Baxmayaraq ki, orta məktəblərdə təhsil pulsuzdur, ancaq biz komissiya yaradaraq bu məsələni araşdırsaq görərik ki, tələbələrin yüksək faizi orta məktəbdə repetitordan istifadə edir”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında BAXCP sədri Qüdrət Həsənquliyev söyləyib. Deputat bildirib ki, şagirdlərin repetitorlardan dərs alaraq, ali məktəbə daxil olması nəticədə onların ümumilikdə savadsız olmasına səbəb olur: “Riyaziyyatçı ədəbiyyatdan, ədəbiyyatçı fizikadan heç nə bilmir. Biz o uşaqlara sual versək, onların öz sahələrindən əlavə heç nə bilmədiklərini ortaya çıxacaq”.
Q.Həsənquliyev deyib ki, orta məktəb şagirdlərinə onlara uyğun test sualları müəyyənləşdirilməlidir və bunu da Təhsil Nazirliyi etməlidir. Deputat hesab edir ki, orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olması yoxsul və orta təbəqəyə aid olan ailələrin büdcəsinə çox ciddi ziyan vurur: “Bu məsələni nəzərə almalıyıq. Valideynlər ayda 200-300 manat pul verir ki, uşağı normal təhsil alsın. Bu, niyə olmalıdır axı?”
Deputat sonda onu da qeyd etdi ki, valideynlərin bu qədər ziyana düşməsinin qarşısı alınmalı və orta məktəblərdə təhsilin səviyyəsinə nəzarət edilməlidir.
Anar GƏRAYLI

560