Bakıya qısamüddətli yağış yağacaq
07 may 2011 08:00 (UTC +04:00)

Bakıya qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-15 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 7-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar