İqtisad Universitetində dövlət imtahanları ləğv olunmayacaq
06 may 2011 12:01 (UTC +04:00)

İqtisad Universitetində dövlət imtahanları ləğv olunmayacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının ləğvinə münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, Şəmsəddin Hacıyev deyib ki, Dillər Universitetindən fərqli olaraq, İqtisad Universitetində dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi nəzərdə tutulmur.


O qeyd edib ki, qanunvericilikdə yekun attestasiya məsələsi nəzərdə tutulub: “Biz də qanun çərçivəsində hərəkət edirik. Sadəcə, sonuncu kurs tələbələrinə ya dövlət imtahanı vermək, ya da buraxılış işi yazmaq təklif olunacaq. Ancaq yekun attestasiyanın ləğvi nəzərdə tutulmur. Çünki dövlət imtahanı tələbələri 4 il ərzində tədris olunan fənlərin təkrarlamağa, diqqətdən qaçan məqamlara diqqət yetirməyə sövq edir”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057

Oxşar yazılar