Beynəlxalq olimpiadaların qaliblərinin ali məktəblərə imtahandan kənar qəbulu mexanizmi hazır deyil
“Təhsil haqqında” qanunun qəbulundan uzun müddət ötsə də, hələ bir sıra müddəaların yerinə yetirilməsi ilə bağlı mexanizm hazırlanmayıb. Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev söyləyib.
Şəmsəddin Hacıyev deyib ki, beynəlxalq fənn olimpiadalarının qaliblərinin ali məktəblərə imtahandan kənar qəbulu mexanizmi də hələ Nazirlər Kabineti tərəfindən hazırlanmayıb: “Ancaq artıq ali məktəblərə qəbulla bağlı proseslər başlayır”.
Onun fikrincə, respublika səviyyəli fənn olimpiadalarını da elə səviyyədə təşkil etmək olar ki, bu olimpiadalarda birinci yerləri tutanları ali məktəblərə imtahandan kənar qəbul etmək mümkün olsun: Məncə, bunu da etmək mümkündür. Ancaq bu halda söhbət yalnız 3-5 nəfər birinci yeri tutandan gedə bilər”.
Komitə sədri ali məktəblərə qəbul prosesində ciddi dəyişikliklərə yol açacaq “Ali təhsil haqqında” qanunun da hələ hazır olmadığını, İşçi Qrupun layihə üzərində işlədiyini nəzərə çatdırıb: “Yaz sessiyasında qanun layihəsini müzakirəyə çıxarmaq mümkün olmayacaq. Biz qanun layihəsini payız sessiyasında müzakirəyə çıxaracağıq”.
Ramiz

459