Misir Mərdanov: “Bu barədə danışmaq çox tezdir”
0
0
Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının vahid metodoloji müstəviyə gətirilməsi ilə bağlı təklifinə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, təhsil naziri deyib ki, orta məktəblərin buraxılış və ali məktəblərin qəbul imtahanlarının vahid metodoloji müstəviyə gətirilməsi hələ tezdir.
Bu imtahanların məqsədləri fərqlidir, ona görə də onları eyniləşdirmək olmaz: “Zaman keçdikcə, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri yaxınlaşarsa, biz bu barədə fikirləşə bilərik. İndi bu barədə danışmaq çox tezdir”.
Ramiz MİKAYILOĞLU