DSMF strukturlarının komandaları arasında keçirilən yarışlar başa çatdı
Dövlət Sosial Müdafiə Fondunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunub.
Səlim Müslumov qeyd edib ki, Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edib: “Bu yanaşma nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməyib. Həmin dövrdə əhalinin həyat səviyyəsinin qorunması, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoyub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində davam etdirilən sürətli islahatlar insanlarımızın sosial müdafiəsini gücləndirməyə geniş imkanlar yaradıb, ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşıb. Bu gün Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının alternativsiz olduğunu təsdiqləyir”.
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin sədri Fikrət İsmayılov çıxış edib. Konfransın sonunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə DSMF strukturlarının komandaları arasında keçirilən mini-futbol və şahmat turnirlərinin qalibləri mükafatlandırılıb.

936