AzTV-nin baş redaktoru mükafata layiq görülüb
Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, televiziya nominasiyası üzrə “Humay” mükafatı AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İbrahim Məmmədova təqdim edilib. O, bu mükafata “Sovet İmperiyasının gizlinləri. Qriqoryanın işi” adlı 3 hissəli sənədli filmə görə layiq görülüb. Azərbaycan Televiziya və Radio Verilişləri QSC isə xüsusi diplomla təltif edilib.
Qeyd edək ki, 3 saat 15 dəqiqəlik film cinayət işləri və arxiv sənədləri əsasında 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş talanların Ermənistanın millətçi dairələri, Mixail Qorbaçov və yaxın ətrafı, sovet DTK-sı tərəfindən hazırlanmış təxribat olduğunu sübut edir. Filmin hazırlanması prosesində 34 cilddən ibarət cinayət işi bütün xırdalıqlarına qədər öyrənilib və təhlil edilib, AzTV-nin, MTN-in arxiv materiallarından, bu hadisələri araşdırmış və Sov.İKP MK-nın rəhbərliyinə daxil olmuş yüksək rütbəli şəxslərin memuarlarından istifadə olunub.
Filmdə o zaman Sov. İKP MK-nın milli məsələlər üzrə katibi olmuş Aleksandr Yakovlev Sumqayıt hadisələrinin planlaşdırılmış təxribat olduğunu təsdiq edir və buna görə SSRİ DTK-nı, sovet Hərbi Sənaye Kompleksini, SSRİ DTK sədrinin 1-ci müavini olmuş Filip Bobkov isə A.Yakovlevi millətləri bir-birilə toqquşdurmaqla milli zəmində münaqişələr
yaratmaqda ittiham edirlər.
Bu film Ermənistanın rəsmi və qeyri-rəsmi təbliğat maşınının Azərbaycana qarşı fəal istifadə etdiyi Sumqayıt hadisəsinin qaranlıq məqamları üzərinə işıq salmaqla erməniləri bu qondarma “arqument”dən məhrum edir.
Prezident Administrasiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Respublika Prokurorluğunun fəal dəstəyi ilə ərsəyə gəlmiş filmin çəkilişləri Sumqayıt, Bakı və Moskvada aparılıb, bədii təsvir elementlərindən istifadə edilib. Hazırda filmin ingilis və rus dilində versiyaları hazırlanır.
Filmin ssenari müəllifi və aparıcısı İbrahim Məmmədov, rejissoru Pərviz İsgəndərov, operatorları Cavid Əliyev və Namiq Vəliyevdir.
Lalə Yusifqızı

1445