8-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin olimpiadasına qatılıb
Bu gün Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, fənn olimpiadaları 3 mərhələdə təşkil olunub.
Təhsil naziri bildirib ki, 2010-2011-ci tədris ilində olimpiadaların I rayon (şəhər) mərhələsi 2010-cu ilin dekabrında, II rayon (şəhər) mərhələsi 2011-ci ilin yanvarında, respublika mərhələsi isə 2011-ci ilin martında keçirilib.
Olimpiadada Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 233 iştirakçıdan I yerə 4 nəfər, II yerə 9 nəfər, I yerə 12 nəfər, IV yerə 66 nəfər, Azərbaycan tarixi fənni üzrə 214 iştirakçıdan I yerə 3 nəfər, II yerə 8 nəfər, III yerə 11, IV yerə 31 nəfər, riyaziyyat fənni üzrə 168 iştirakçıdan I yerə 4 nəfər, II yerə 7 nəfər, III yerə 12 nəfər , IV yerə 35 nəfər, fizika fənni üzrə 121 iştirakçıdan I yerə 4 nəfər, II yerə 2 nəfər, III yerə 9 nəfər, IV yerə 17 nəfər, kimya fənni üzrə 142 iştirakçıdan I yerə 7 nəfər, II yerə 8 nəfər, III yerə 11 nəfər, IV yerə nəfər, biologiya fənni üzrə 216 iştirakçıdan yerə I 4 nəfər, II yerə 3 nəfər, III yerə 6, IV yerə 72 nəfər və informatika fənni üzrə 38 iştirakçıdan I yerə 4 nəfər, II yerə 3 nəfər, III yerə 5 nəfər, IV yerə 5 nəfər layiq görülüb.
Diqqət çəkən məqamlardan biri də odur ki, Sabirabad rayonu Nizami Gəncəvi adına şəhər 5 nömrəli orta məktəbin VIII sinif şagirdi Aslanlı Emil Əflan oğlu Azərbaycan dili və ədəbiyyatı fənnindən IX sinif şagirdləri ilə birgə iştirak edib və yüksək nəticə göstərərək II yeri tutub.
Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Türk Özəl Liseylərinin şagirdləri daha yaxşı nəticə göstəriblər. 7 fənn üzrə I yeri tutmuş 30 nəfərdən 11-i (37%) bu liseylərin şagirdidir.
Tədbirin sonunda qaliblərə diplomlar təqdim olunub.

1279