AzTEST ərazi şöbələrində vakant vəzifələrə işçi axtarır
05 may 2011 15:41 (UTC +04:00)

AzTEST ərazi şöbələrində vakant vəzifələrə işçi axtarır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ərazi şöbələrində vakant vəzifələrin tutulması üçün müsahibə elan edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsahibə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:


Ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üzrə:

- Radiotexniki, elektrotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssislər - 2 saylı ərazi şöbəsinə (Gəncə) - 1 nəfər, 3 saylı ərazi şöbəsinə (Sumqayıt) - 1 nəfər, 4 saylı ərazi şöbəsinə (Şəki) - 1 nəfər, 6 saylı ərazi şöbəsinə (Xaçmaz) - 1 nəfər, 8 saylı ərazi şöbəsinə (Yevlax) - 1 nəfər.

- Fiziki-kimyəvi, defektoskopiya qaz qarışıqları və qazanalizedici ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssislər - 3 saylı ərazi şöbəsinə (Sumqayıt) - 1 nəfər, 5 saylı ərazi şöbəsinə (Lənkəran) - 1 nəfər, 6 saylı ərazi şöbəsinə (Xaçmaz) - 1 nəfər, 8 saylı ərazi şöbəsinə (Yevlax) - 1 nəfər.

- Təzyiq, sərf, temperatur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssislər - 2 saylı ərazi şöbəsinə (Gəncə) - 2 nəfər, 3 saylı ərazi şöbəsinə (Sumqayıt) - 3 nəfər, 4 saylı ərazi şöbəsinə (Şəki) - 2 nəfər, 5 saylı ərazi şöbəsinə (Lənkəran) - 2 nəfər, 6 saylı ərazi şöbəsinə (Xaçmaz) - 2 nəfər, 7 saylı ərazi şöbəsinə (Salyan) - 2 nəfər, 8 saylı ərazi şöbəsinə (Yevlax) - 3 nəfər.

- Kütlə, mexaniki və həndəsi ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis - 8 saylı ərazi şöbəsinə (Yevlax) - 1 nəfər.
Sınaq laboratoriyası üzrə:

- Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına mütəxəssis
- laborant - 2 saylı ərazi şöbəsinə (Gəncə)- 1 nəfər.
Müsahibəyə müvafiq sahələr üzrə təcrübəsi olan, müasir texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla işləməyi bacaran, yüksək peşə bacarıqlarına malik, həmçinin xarici dillərdən azı birinə yiyələnmiş (rus, ingilis və ya alman), ali təhsilli ixtisaslı mütəxəssislər dəvət olunur. Müsahibədən uğurla keçmiş mütəxəssislər ixtisas səviyyələrinin artırılması məqsədilə müvafiq kurslarda təlim keçəcəklər.

Müsahibədə iştirak etmək istəyənlər ərizə, şəxsiyyəti təsdiq edən sənətin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, hərbi biletin surəti;
ali və sonrakı təhsil haqqında sənətin surəti, əmək kitabçasının surəti, sığorta kartının surəti və 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim etməlidirlər.

Sənədlər əsli ilə birlikdə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kadrlar, hüquq və ümumi şöbəsinə təqdim edilməlidir. Sənədlər 2011-ci il mayın 10-dan iyunun 10-dək, saat 10:00-dan 17:00-dək ( I-V günlər ) Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124 ünvanında qəbul olunur. Daha ətraflı məlumatı (012) 440-43-62 nömrəli telefonla əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053

Oxşar yazılar