Sumqayıtda məcburi köçkünlər üçün yeni yaşayış massivi
Azərbaycanın Sumqayıt şəhərinin ilk yaşayış massivi olan və hazırda «İnşaatçılar» adlanan ərazidəki köhnə tikililər söküləcək, orada məcburi köçkünlər üçün çoxmərtəbəli binalar inşa olunacaq.
“APA-ECONOMICS”in məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə. Həsənovun sözlərinə görə, buradakı «fin» tipli evlər İkinci Dünya müharibəsindən sonra, Sumqayıt şəhərinin tikintisində iştirak edənlər üçün inşa olunub və artıq istismar müddətini başa vurub: «Oradakı evlər, əsasən, bir və ikimərtəbəlidir. Ərazidə infrastruktur mövcuddur. Ora Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bir yerdə baxmışıq və ölkə rəhbərliyinə məruzə olunub. Dövlət başçısı bu məsələyə razılıq verib, hazırda sənədləşmə işləri aparılır».
“Qaçqınkom” sədri orada məcburi köçkünlər üçün salınacaq yaşayış massivinin “Yeni Sumqayıt” adlanacağını da söyləyib.

1190