“Transmilli layihələr Azərbaycan üzərindən narkotik tranziti ehtimalını artırır”
05 may 2011 13:20 (UTC +04:00)

“Transmilli layihələr Azərbaycan üzərindən narkotik tranziti ehtimalını artırır”

APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Dövlət Komissiyası tərəfindən bununla bağlı hüquq-mühafizə orqanları ilə mütəmadi müzakirələr aparılır, müvafiq tapşırıqlar verilir: “Əsas problem Əfqanıstandan gətirilən narkotiklərin tranzit olaraq Azərbaycan üzərindən ötürülməsidir. Bununla yanaşı, ölkədə həyata keçirilən böyük transmilli tikinti işləri, layihələr yükdaşımaların həcmini artırıb ki, bu da öz növbəsində narkotiklərin ölkə üzərindən tranziti ehtimalını yüksəldir. Tranzit olunan narkotiklərin bir hissəsi isə ölkə ərazisində qalır və istifadə olunur”.

Məktəblərdə narkotiklərlə mübarizə sahəsində aparılan profilaktik tədbirlərə gəlincə, komissiya sədri bununla bağlı Təhsil Nazirliyi (TN) və digər müvafiq qurumlar qarşısında tapşırıqlar qoyulduğunu, TN tərəfindən maarifləndirmə və tərbiyəvi işlərin aparıldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar