Nazir: “Son zəng məsələsi məktəb rəhbərlərinə həvalə edilib”
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, bu ilin 8 martı xata-bəlasız keçib, orta məktəblərdə hər hansı bir problemə rast gəlinməyib.
Misir Mərdanov may ayında təhsilini başa vuran 11-ci sinif şagirdləri ilə bağlı tədbirlərdə də problemin yaşanmayacağına inandığını söyləyib: “Son zəng zamanı şagirdlərin kütləvi şəkildə bir yerə toplanması zaman-zaman problemə yol açır. Biz belə halların olmamasına çalışırıq. Bu il də son zənglə bağlı məsələlər orta məktəb rəhbərlərinin özlərinə həvalə edilib. İnanırıq ki, hər hansı bir problem olmayacaq”.
Ramiz Mikayıloğlu

451