300 hüquqşünas ədliyyə orqanlarında işləmək üçün müraciət edib
04 may 2011 18:10 (UTC +04:00)

300 hüquqşünas ədliyyə orqanlarında işləmək üçün müraciət edib

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ötən müddətdə müsabiqədə iştirak etmək üçün 300-dən çox hüquqşünas müraciət edib və onların əksəriyyəti gənclərdir.

Namizədlər onlara kömək məqsədilə hazırlanmış “Yaddaş kitabçası”nı mayın 11-dən etibarən bütün iş günləri saat 09.00-dan 18.00-dək Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürə bilərlər. “İmtahana buraxılış vərəqəsi”nin təqdim edilməsi vaxtı və qulluğa qəbulla əlaqədar 21 may 2011-ci il tarixdə keçirilməsi nəzərdə tutulan test imtahanının yeri barədə əvvəlcədən məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar