“Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz” kitabı işıq üzü görüb - FOTO
04 may 2011 17:33 (UTC +04:00)

“Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz” kitabı işıq üzü görüb - FOTO

Lent.az-ın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş kitabın təqdimat mərasimində çıxış edən Atatürk Mərkəzinin direktoru, deputat Nizami Cəfərov kitabın çox ciddi elmi-tədqiqat işinin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra söz alan Yeni Azərbaycan Partiyasının deputatı Mübariz Qurbanlı T.Əfəndiyevin yaradıcılığına diqqət çəkərək, kitabın önəmini bir daha vurğulayıb və qeyd edib ki, H.Əliyev Azərbaycan xalqı üçün böyük irs qoyub. O, H.Əliyevin azərbaycançılıq və milli-mənəvi dəyərlərə verdiyi önəmdən bəhs edərək, kitab müəllifinə təşəkkür edib.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Fəttah Heydərov, BDU-nun rektoru, deputat Abel Məhərrəmov, akademik Ziyad Səmədzadə, xalq artistləri Amaliya Pənahova və Ramiz Əzizbəyli və digər qonaqlar kitab müəllifinə təşəkkür edərək, kitabın H.Əliyevin milli-mənəvi dəyərlərin qorunmasında və inkişafında gördüyü işlərin əksi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Tədbirin sonunda çıxış edən müəllif T.Əfəndiyev təqdimat mərasimində iştirak edən qonaqlara təşəkkürünü bildirib. O, kitabın ərsəyə gəlməsi prosesindən bəhs edərək, bu müddət ərzində necə məsuliyyətli bir işin altına girdiyini bildiyini söyləyib.

Çıxış edən qonaqlar kitabın “Heydər Əliyev adına Mükafat”a təqdim edilməsini təklif ediblər. Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bu təklifin nəzərdən keçiriləcəyini qeyd edib.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar