“Azadlıq”dan “Torqovı”ya: Bakının gecə ehtirasları - REPORTAJ
Redaksiyadan təklif olunanda ki, belə bir layihə işləmək lazımdır, ağlıma gələn ilk yer Bakının hələ də “Torqovı” adlanan Nizami küçəsi oldu. Bunun ən başlıca səbəbi indilərdə buranın öz statusunu qismən dəyişməsi, siyasi proseslərin mərkəzinə çevrilməsidir. Məlum olduğu kimi, mart ayından bəri paytaxtın bu hissəsində müxalifət icazəsiz aksiya keçirməyə, polis qüvvələri isə onlara imkan verməməyə çalışır. Bir zamanlar “Azadlıq” meydanında qaynayan hadisələr indilərdə paytaxtın “Torqovı”sında baş verir. Elə buranı gündəmə gətirən və son günlərin ən çox adıçəkilən məkanına çevirən səbəb də budur.
Paytaxtın cazibədar “qadını”
Dünyanın harasına gedirsən, get, orada ziyarət edəcəyin ilk yerlər hər zaman öncədən bəllidir. Bu, yer üzündəki bütün məkanlara aiddir. Parisə gedib, Eyfel qülləsinin fonunda şəkil çəkdirmədən gələn adamların varlığına ciddi mənada şübhə edirəm. Eləcə də Londona gedib, Biq Benin önündə və ya Trafalqar Meydanında, Venesiyaya gedib qondolla səyahət edərkən, İstanbula gedib, Taksimdə gəzərkən şəkil çəkdirən və həmin anları tarixin yaddaşına həkk eləyən adamlar hər zaman mövcuddur. Bu, insanın yaradılışında var. Maraq hər zaman bizləri cəzb edir.
Eyni situasiya öz ölkəsində gəzən adamlar üçün də dəyişməzdir. Məsələn, Qazaxdan Parisə gedib Eyfelin önündə şəkil çəkdirən azərbaycanlının Bakıda Qız Qalasının önündə də mütləq şəkli var. Söhbətin yönünü ora gətirmək istəyirəm ki, Azərbaycanın istənilən bölgəsindən Bakıya təşrif buyuran şəxslərin ən çox görmək istədiyi yerlərdən biri, şübhəsiz, “Torqovı”dır. Səbəb... Bu məkanın heç yerdə olmayan bir sehri var. Cazibədarlıq.
Cazibədarlıq demişkən, mən “Torqovı”nı indiki anda gözəl bir qadınla müqayisə edərdim. Qızla demirəm, çünki Bakının daha gözəl “Qız qalası” var.
Arxada qalan illərdə Bakı şəhər İcra Hakimiyyəti bir xeyli pul xərcləyib, “Torqovı”nı yeniləşdirdi. “Fəvvarələr meydanı”nın köhnə fəvvarələri tarixin yaddaşına köçdü, yenilərlə meydan bir az da genişləndirildi. Daha sonra küçənin başından sonunadək üz qabığına əl gəzdirildi. Daş örtüklər tamamilə yeniləndi, üzlərindən tarix yağan binaların sifəti qaşındı, gəncləşdi. Bir növ, “Torqovı” bir neçə il öncəki “makiyajsız” halı ilə də gözəl və cəzbedici olsa da, indiki “makiyajlı” halı ilə şübhəsiz, daha füsunkardır.
Alilərin “bomj”larla üzləşdiyi məkan
“Torqovı”da cəmiyyətin bütün təbəqələrindən bir nümayəndə görmək mümkündür. Qeyd etdiyim kimi, burada deputatlardan tutmuş, “bomj”lara qədər, alimlərdən tutmuş, havalanmış dəlilərə qədər hər kəsi görmək olar. Əlində fotoaparat “Torqovı”nın tarixini öz obyektivinə həkk edən turistlərin buradakı binalara necə heyranlıqla baxdığının şahidi olmaq yetər ki, məkanın sirrini bir az olsun anlayaq. Siz burada tütək çalıb dilənən uşağın şən sifətini, aclıqdan yuxuya gedərək, oturacaqda yatan “bomj”un əyilmiş cüssəsini və ya eşq başlarına vurmuş sevişən cütlükləri, küçəyə qoyulmuş qız heykəllərini qucaqlayıb şəkil çəkdirən gəncləri, hətta böyük dövlətlərin böyük səfirlərini, partiya sədrlərini də görə bilərsiniz. Məhz bu səbəbdən də “Torqovı”nı ümummilli küçə adlandıra bilərik. Küçənin sehri, görünür, həs kəsi özünə bağlayıb.
Ancaq bütün hallarda “Torqovı” hər zaman elit təbəqəyə məxsus olub. Təsadüfi deyil ki, burada hələ ötən əsrin əvvəllərindən bu yana paytaxtın ən imkanlı, ən tanınmış şəxsləri yaşayıb.
Bakı mədəniyyətinin siması
Bura həm də çox ciddi mədəniyyət mərkəzidir. Küçədə bir sıra teatrlar, kinoteatrlar var. Əslində, “Torqovı”nın bu qədər məşhur olmasının bir səbəbi də buranın həqiqətən də şəhərin kültür mərkəzi rolunu oynamasıdır. Və ya əksini də söyləmək olar, küçənin sakinlərinin nüfuzlu insanlar olması, zamanla buranın mühüm mədəni mərkəzə çevrilməsinə səbəb olub. Rus dram teatrı, Aktyorlar evi, Gənc Tamaşaçılar Teatrı, İrəvan teatrı, Azərbaycan Dövlət Opera və Balet Teatrı, “Azərbaycan” və “Araz” kinoteatrlarının məhz paytaxtın bu hissəsində yerləşməsi ona dəlalət edir ki, “Torqovı” köhnə bakılıların da sevimli məkanı olmuş və o vaxtkı milyonçular öz layihələrini burada həyata keçirmişlər.
Söhbət H.Z.Tağıyev və onunla eyni dövrdə yaşamış xeyriyyəçilərdən gedir. Təsadüfi deyil ki, “Torqovı”ya xüsusi gözəllik verən və buranın ən yaraşıqlı binalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrı 1920-ci ildə Tağıyevin pulu hesabına inşa edilib. Həmçinin, bəhs etdiyimiz yerdə yerləşən indiki Nizami adına Ədəbiyyat muzeyinin binası da buraya xüsusi yaraşıq verir. Bina 1860-cı illərin sonunda memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında tikilməyə başlayıb. 1914-15-ci illərdə memar A.A. Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada “Metropol” hoteli fəaliyyət göstərib. Bu bina məşhur milyonçu Hacı Hacıağa Dadaşovun gəlir evlərindən biri olub. O, bu binanı XX əsrin əvvəli Tiflisdə keçirilən hərracda 99 000 rubla alıbmış. Bina əvvəllər ikimərtəbəli olub, sovet Azərbaycanı dövründə binanın xarici görünüşündə bir çox dəyişikliklər edilib.
Küçəyə gözəllik verən və ötən illərdə yenidən “makiyaj” olunaraq, cazibədarlığı artırılan köhnə binaların böyük əksəriyyəti də elə, bəhs olunan milyonçular tərəfindən ucaldılıb.
Gecə gözəli
Birmənalı iddia etmək olar ki, “Torqovı”nı gecə gəzməklə gündüz gəzmək arasından çox böyük fərq var. Gecənin şəhvətli qaranlığı bu küçəyə xüsusi gözəllik qatmaqla bərabər, bu “qadın”ın daş-qaşları - al-əlvan işıqları ilə qarışaraq, “Torqovı”ya mistik bir özəllik verir. “Qadın”ın sırğaları rolunu oynayan və küçəyə yeni quraşdırılan nəhəng lüstrlər gecələr buraların bir başqa görünməsinə səbəb olur. Gecələr “gecə qadını” olur “Torqovı”. Gündüz görünməyən gözəlliklərini gözə soxur gecələr. Və daha ehtiraslı olur gecə işıqları ilə birgə. Gündüzlər isə sanki daha sönük olur, gecədən qalma bir yorğunluq və süstlük. Və gecələr daha duyğusal, daha romantik olur. Bəlkə də elə buralara quraşdırılan işıqlarda da küçədən olan kimi xüsusi sehr var və o sehrdir “Torqovı”da gecələri gözəlləşdirən səbəb.
Əbəs yerə deməkdik, bura paytaxtın elit məkanıdır. Elə bu səbəbdən də buranın hər qarışı qızıldan qiymətlidir. Bu isə “Torqovı”da fəaliyyət göstərən mağaza və restoranlardakı qiymətlərə öz təsirini göstərir. Antireklam olmasın, ancaq misalçün, siz paytaxtın bu hissəsindən aldığınız hər hansı bir əşyanı şəhərin digər tərəfində iki dəfə aşağı qiymətə görə bilərsiniz.
Köhnə bakılıların yurdu
Burada yaşayan sakinlərlə söhbətimizdən aydın olur ki, hazırda “Torqovı” küçəsində yaşayanların böyük əksəriyyəti buraya son 10-15 ildə köçənlərdir. Köhnə sakinlər isə öz mülklərini sataraq, buradan köçmüşlər. Ancaq bununla belə, ömürlərini burada keçirmiş insanlar da var. Onları ilk baxışdan tanımaq mümkündür. Üzlərində “Torqovı”nın tarixi əks olunan bu insanlar köhnə Bakı və bakılılardan ağızdolusu danışmağı sevir, əksər sovet azərbaycanlısı kimi keçmiş günlərini sitəmlə xatırlayırlar. “Torqovı”nın “cavanlığı”ndan fərəhlə danışan bu sakinlər sanki bu məkanın gözləri qarşısında necə “böyüyüb”, dəyişməsinə şahid olduqları üçün sevinclidirlər.
O cür sakinlərdən yalnızca biri olan 86 yaşlı Svetlana xala ilə söhbətimdə də məhz bunu gördüm. Uşaqlarının hamısının xaricdə yaşadığını, ev kirayəsi ilə yaşadığını söyləyən bu gözləri tarix qoxuyan qadın elə bil, bu küçələrin tozuyla böyüdüyü üçün fəxr edir. Ömrünü keçirdiyi məhəllənin gözləri qarşısında necə gözəlləşdiyini, necə tarixiləşdiyini danışan bu yaşlı “qadın”ın yaşlı heyranı deyir ki, burada vaxtilə ancaq “korennoy” bakılılar yaşayardı. İndi isə “Torqovı” bu sarıdan kasıblayıb. Deyir, köhnə bakılılar zamanla öz evlərini ya çarəsizlikdən, ya da istəyərəkdən tərk elədilər. Onları isə ötən əsrin sonlarında bölgələrdən gələn imkanlı adamlar əvəzlədi.
“Torqovı”ya ümumilikdə nəzər saldıqda, burada heç kimin yaşamadığı, buranın boydan-boya mağaza və dükanlardan ibarət olduğu zənn edilir. Ancaq bu, yanıldıcı mənzərədir.
Əslində, “Torqovı”nı vəsf edən yazını daha da uzatmaq və bir-biri ardınca düzülmüş təmtəraqlı cümlələrdə məkanın bəzək-düzəyini, gözəlliyini, səliqəsini təsvir etmək olardı. Ancaq ataların da dediyi kimi, “yüz oxumaqdansa, bir görmək yaxşıdır”, söyləyib yazını yekunlaşdıraq və “Torqovı”nı növbəti dəfə gəzərkən məkana daha başqa bir gözlə baxacağınıza ümid edək. Bu cazibədar “qadın”ın sehrini anlayacaq şəkildə.
Ona qədər isə “Torqovı”nın təravətli gündüzlərinə və füsunkar gecələrinə baxmağınız məsləhətdir.
Anar GƏRAYLI

2194