Təhsil Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri bəlli oldu
Lent.az-ın məlumatına görə, tədbiri Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqları Respublika komitəsinin birgə təşkil ediblər.
“İstedada qayğı və diqqət gələcəyə yönəlik sərmayədir” adlı yaradıcılıq müsabiqəsinin yekun konfransı Azərbaycan Respublikasının dövlət himni ilə açılıb.
Sonra Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva müsabiqənin gedişindən və uğurla başa çatmasından danışıb: “3 mərhələdə keçirilən müsabiqə göstərdi ki, Azərbaycan övladları arasında hər sahədə istedadlı gənclər çoxdur”.
Konfrans qalib gənclərin çıxışları ilə davam edib.
Sonra qaliblər elan olunub. Rəsm nominasiyası üzrə 1-ci yeri 189 nömrəli məktəbin 7-ci sinif şagirdi Qurbanova Nərminə tutub. İkinci yerin qalibi Məmmədova Arzu 229 saylı məktəbin 11-ci sinif şagirdidir. 3-cü yer üç nəfər Bakı məktəblisinə verilib. Üç nəfər məktəbli isə həvəskar mükafata layiq görülüblər. Müsabiqənin inşa yazı nominasiyası üzrə 6 nəfər qalibi olub. Kompüter layihələri üzrə 3 nəfər 1-ci, üç nəfər 2-ci, 6 nəfər 3-cü yeri bölüşdürüblər.
Bədii qiraət və şer nominasiyası üzrə qalib olanlar yenə hər birində 3 nəfər 1-ci və 2-ci yerləri, 6 nəfər isə 3-cü yeri bölüşdürüblər.
Konfrans iştirakçılarına müsabiqənin Bakı Şəhər Təhsil Şöbəsinin hazırladığı xüsusi buraxılış da paylandı.
Ramilə Qurbanlı

530