Azərbaycan Dillər Universitetində qanvermə aksiyası keçirilir - FOTO
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiyada ADU-nun tələbə-müəllim heyəti fəal iştirak edir.
Saat 12-yə olan məlumata görə, aksiyada 34 nəfər iştirak edib və 6 litr 800 qram qan toplanıb. Aksiya zamanı yığılacaq qan ehtiyatı Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına təqdim ediləcək. Davam edən aksiyada iştirak edən tələbələr xəstə, həmçinin ehtiyacı olan insanlara yardım məqsədi ilə həyata keçirilən belə bir aksiyanın iştirakçısı olduqlarına görə fəxr etdiklərini bildirirlər.
Gənclərin məlumatlandırılması, gənclər arasında xəstəliklərə qarşı diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək kimi məqsədlərə xidmət edən qanvermə aksiyasında tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

568