Bakıda yük avtomobillərinə qarşı reydlər başladı
04 may 2011 11:37 (UTC +04:00)

Bakıda yük avtomobillərinə qarşı reydlər başladı

Bakı şəhər Yol Polisi İdarəsinin (BYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə bort hissəsinə əlavə konstruksiyalar və əlavə vasitələr qoşulmuş - istehsalçı zavodun müəyyən edildiyi normaya uyğun olmayan və konstruksiya dəyişikliyi edilmiş yük maşınları saxlanılır. Onlara qarşı müvafiq cərimə və cəza tədbirləri həyata keçirilir.

Qeyd edək ki, məsələ ilə bağlı bir neçə gün əvvəl hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilmişdi.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar