Talaçay daşıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1-2 may tarixlərində yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin ərazisindən axan Kişçay, Kürmükçay, Şinçay, Zəyzitçay, Küngütçay, Əyriçay, Başdaşaqılçay, Talaçay, Balakənçay, Katexçay, Mazımçay, Ağçay çaylarında sululuq kəskin artmış, Talaçaydan sel keçib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 1167 m3/san, yəni ongünlük normanın 162 faizini (2010-cu ildə 825 m3/san olmaqla 115 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 350 m3/san, yəni ongünlük normanın 177 faizini (2010-cu ildə 448 m3/san olmaqla 226 faizini) təşkil edir.
Son günlər yağan yağışlarla əlaqədar Kür çayında və onun qollarında sululuğun artması nəticəsində Kürün aşağı axınında səviyyənin artımı müşahidə olunub. Son üç gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 10 sm, Şirvanda 9 sm, Salyanda 11 sm, Bankədə 6 sm, Araz çayının Novruzlu məntəqəsində isə 12 sm artıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 728 sm (2010-cu il mayın 03-də səviyyə 881 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 635 sm (2010-cu il mayın 03-də səviyyə 791 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 375 sm (2010-cu il mayın 03-də səviyyə 486 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 550 sm (2010-cu il mayın 03-də səviyyə 796 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 460 sm (2010-cu il mayın 03-də səviyyə 655 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.

586