Jurnalistlərin binası 18 mərtəbəli olacaq
Binanın tikintisi üçün lazım olan vəsait də artıq fondun hesabına keçirilib. Biz arxada qalan müddətdə binanın texniki və smeta sənədlərinin hazırlanması ilə məşğul olmuşuq. Hazırda smeta sənədlərini Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik ki, layihə ekspertizadan keçsin. Artıq dəqiqləşib ki, tikiləcək bina 2 bloklu, 18 mərtəbəli olacaq. Yəqin ki, bu ayın sonuna qədər həmin binanın təməl qoyma mərasimi də keçiriləcək”.
Lent.az-n məlumatına görə, bunu 3 may Beynəlxalq Mətbuat Günü ilə bağlı Mətbuat Şurasında tədbirdə iştirak edən KİVDF-nin prezidenti Vüqar Səfərli jurnalistlərə açıqlamasında bildirib.
V.Səfərli qeyd edib ki, jurnalistlər üçün tikiləcək bina 2 ildən tez istifadəyə verilməyəcək: “Binanın tikintisinin yekunlaşmasına bir neçə ay qalmış biz müraciətlərin qəbuluna başlayacağıq. Hər bir jurnalist fərdi şəkildə ev almaq üçün müraciət edə biləcək”.
Fond rəhbəri onu da qeyd edib ki, tikiləcək binadan ev almaq üçün təkcə qəzet və internet mediasının nümayəndələri deyil, televiziya jurnalistlərinin də müraciət etməsinin təmin edilməsi planlaşdırılır.
Anar

1094