Nümunəvi Tibbi-İnformasiya Sisteminin tətbiqinə başlanılıb
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sistemin növbəti tətbiqi M.Topçubaşov adına Elmi – Cərrahlıq Mərkəzində başlanıb. Elmi-Cərrahlıq Mərkəzində daxili mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılıb, 40 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub və hər birinə NTİS–in proqram təminatı yazılıb. Müxtəlif profilli cərrahi əməliyyatların aparılması ilə məşğul olan bu mərkəzdə xəstələrə göstərilən bütün növ tibbi xidmətlərin, onların müalicə və müayinə nəticələrinin, cərrahi əməliyyatlarının sistemə daxil edilməsi üçün lazımi şərait yaradılıb, hesabat və statistik formalar sistemə daxil edilib və istənilən vaxtda çap edilərək sistemdən çıxarılması təmin olunub.
Burada NTİS-nin fəaliyyətini təmin etmək üçün tələb olan serverlər, əməliyyat sistemləri və müxtəlif servislər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin və Akgün Yazılım şirkətinin mütəxəssisləri tərəfindən qurulub.
Qeyd edək ki, aprelin 9-dan etibarən Elmi – Cərrahlıq Mərkəzində “Nümunəvi Tibbi İnformasiya Sistemi”nin proqram təminatının modulları üzrə təlimlərin keçirilməsinə başlanıb. Öncədən tərtib olunmuş təlim qrafikinə əsasən təlimlərdə 252 nəfər həkim və orta tibb işçiləri iştirak edirlər. Bu təlimlər sistemin Xəstə qeydiyyat/qəbul modulu – (Amblulator Qəbul modulu), Poliklinika modulu, Xəstənin xəstəxanada yatması, yatan xəstəyə nəzarət edilməsi və xəstənin çıxış əməliyyatları modulu (Stasionar Qəbul Modulu), Tibb bacısı nəzarəti və təşəbbüs modulu (Servis Modulu), Laboratoriya modulu, Əczanə modulu, Şəxsi heyət modulu (İşçi modulu), Şəxsi iş və arxiv modulu (Arxiv Modulu), Tibbi Mərkəz modulu (İdarəetmə modulu) , Radiologiya, Statistika və Maaş modulları üzrə ayrı – ayrı şəxsi heyətə keçiriləcək. Artıq poliklinik qəbul şöbəsinin tibb qeydiyyatlıları, tibb bacıları və həkim heyətinə müvafiq modullar üzrə təlimlər verilib. Aprelin 23-dən etibarən isə stasionar şöbələrin tibb personalına təlimlər keçirilir.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46