Eynulla Fətullayevin ailəsinə maliyyə yardımı edilib
Lent.az-ın məlumatına görə, fondun İdarə Heyətinin iclasında ötən müddət ərzində daxil olan 5 müraciətə baxılıb. Müraciətlərdən ikisi əlavə araşdırma tələb etdiyi üçün saxlanıb, üçü isə təmin edilib. Ümumilikdə 2688 ABŞ dolları həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub.
Maliyyə yardımı aşağıdakı jurnalistlər arasında bölüşdürülüb. Fondun Əsasnaməsinin peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi bəndinə əsasən “Azadlıq” qəzetinin əməkdaşları Seymur Həziyev və Ramin Cəbrayılzadənin hərəsinə 300 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.
Həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi bəndinə görə isə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 2088 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.
Qeyd: “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ailəsinə edilən 2088 ABŞ dolları məbləğində maliyyə yardımı Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən ayrılıb.
Qeyd edək ki, Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

522