Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşündə iştirak edəcək
Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Respublikalarının nümayəndələrindən ibarət işçi qrupunun 3-4 may tarixlərində İsveçrədə keçiriləcək görüşünə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də dəvət olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçiriləcək görüşdə Azərbaycan tərəfindən ETSN-nin Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi Oqtay Cəfərov ilə birlikdə qeyri hökumət təşkilatının nümayəndəsi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov da iştirak edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə həlli vacib olan ekoloji məsələlərin aradan qaldırılması yollarının müzakirə olunması, birgə təkliflərin hazırlanması və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərlə qarşılıqlı sıx əməkdaşlıq edir.

593