Leysan yağışları Azərbaycanın şimal-qərb bölgəsində problemlər yaradıb
02 may 2011 11:27 (UTC +04:00)

Leysan yağışları Azərbaycanın şimal-qərb bölgəsində problemlər yaradıb

APA-nın yerli bürosunun xəbərinə görə, dağ çaylarda suyun səviyyəsi artıb. Balakən rayon İcra Hakimiyyətindən bildirilib ki, leysan yağışlar nəticəsində Katex, Balakən, Humbul, Mazım çaylarında suyun səviyyəsi qalxıb. Poşbinə kəndində bir neçə evin həyətyanı sahəsini, Hənifə və Katex kəndlərində əkin sahələrini su basıb. Poşbinə kəndində bir neçə elektrik dirəyini sel aparıb.

Zaqatala ərazisindən keçən Tala, Muxax, Bəkməz, Makex, Gilban çaylarında sululuq artıb, əkin sahələri su altında qalıb. Gilban çayının daşması nəticəsində ərazidə olan torpaq sahələrini su basıb, əhalinin bir sıra yardımçı təsərrüfatları uçmaq təhlükəsi ilə üzləşib. Eyni vəziyyət Qax rayonunda da müşahidə edilib. Ləki çayında suyun artması Ləki kəndi ilə rayon mərkəzinin əlaqəsini kəsib.

Bölgədə bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Yerli fövqəladə hallar komissiyaları dəymiş ziyanın aradan qaldırılması, ziyanın miqdarının hesablanması istiqamətində tədbirlər görür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar