TQDK 25 şəhərdə sınaq imtahanı keçirib
02 may 2011 10:24 (UTC +04:00)

TQDK 25 şəhərdə sınaq imtahanı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il mayın 1-də respublikanın 25 şəhərində sınaq imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılıb.
İmtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.
Həftə ərzində nəticələrin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Nəticələr elan olunduqda “Azercell” şirkəti ilə yanaşı, “Bakcell” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar