Hava may ayında da sərin keçəcək
30 aprel 2011 11:24 (UTC +04:00)

Hava may ayında da sərin keçəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 1-2 dərəcə aşağı olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 16-18 dərəcə isti (gecələr 8-13, gündüzlər 16-21 dərəcə isti, bəzi günlərdə 23-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 16-21 dərəcə isti, ayın ikinci yarısında 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 2 dərəcə aşağıdır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 5-9 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir. Bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə aşağıdır. Aylıq yağıntı miqdarıiqlim normasına yaxın (norma 68-122 mm) olacaq.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda orta aylıq temperaturun 16-18 dərəcə isti (gecələr 7-12, gündüzlər 16-21 dərəcə isti, bəzi günlərdə 24-28 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə aşağıdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 43-68 mm) olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 5-10 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi yerlərdə 23-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir. Bu, kiçik mənfi fərqlə iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 26-166 mm) olacaq.

Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 16-19 dərəcə isti (gecələr 9-14 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi yerlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 8-13 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26-28 dərəcəyədək yüksələcək) olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021

Oxşar yazılar