AMEA işçilərinin maaşı artırıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, AMEA-nın tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Prezidentin digər sərəncamı ilə “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli sərəncamında dəyişiklik edilib. Dəyişiklikdə qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Oxşar yazılar

Kamran Əliyev yeni hərbi prokuroru kollektivə təqdim etdi
14 may 2025 , 14:30
Havada toz müşahidə olunur
14 may 2025 , 14:18
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür - SAKİNLƏR NARAZIDIR
14 may 2025 , 14:10
Bu qəsəbənin qazı kəsildi
14 may 2025 , 14:01
Azərbaycanda bu məktəb şagird sayına görə BAĞLANIR - İDDİA
14 may 2025 , 13:28
Bakıya leysan, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
14 may 2025 , 12:32
Şəxsi maşınla Qarabağın bu rayonlarına da getməyə İCAZƏ VERİLDİ
14 may 2025 , 12:13