Avtobusda siqaret çəkmək qadağan edildi
27 aprel 2011 14:31 (UTC +04:00)

Avtobusda siqaret çəkmək qadağan edildi

Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edilib.

Lent.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, qurumun qəbul etdiyi qərara əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmək qadağan edilib.
Bu qərar İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1613

Oxşar yazılar