
Bakıda hava küləkli olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a venrilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Kamran Əliyev yeni hərbi prokuroru kollektivə təqdim etdi
14 may 2025 , 14:30
Havada toz müşahidə olunur
14 may 2025 , 14:18
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür - SAKİNLƏR NARAZIDIR
14 may 2025 , 14:10
Bu qəsəbənin qazı kəsildi
14 may 2025 , 14:01
Azərbaycanda bu məktəb şagird sayına görə BAĞLANIR - İDDİA
14 may 2025 , 13:28
Bakıya leysan, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
14 may 2025 , 12:32
Şəxsi maşınla Qarabağın bu rayonlarına da getməyə İCAZƏ VERİLDİ
14 may 2025 , 12:13