Yol polisi yük avtomobillərinin sahiblərinə ciddi xəbərdarlıq etdi
Lakin avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücüləri və digər yol qurğularının sıradan çıxması ilə yanaşı, hərəkətin təhlükəsizliyinin təmin olunmasında da ciddi problemlər yaradır. Bir çox halda belə daşımalar avtomobillərin yük yerlərinin, qabarit ölçülərinin artırılması, kuzovlarının bortlarının qaldırılması yolu ilə həyata keçirilir ki, bu da “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir. Bu qanun pozuntularına yol verən şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, məsuliyyət daşıyırlar.
Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin sürücülərə xəbərdarlıq edib. BDYPİ-nin bölmə rəisi polis polkovnik leytenantı Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, qayda pozuntusuna yol vermiş sürücüləri ciddi cərimə və cəza tədbirləri gözləyir: “Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin sürücülərin nəzərinə çatdırırıq ki, respublikada, xüsusilə də Bakı şəhərində yük avtomobillərinin bort hissəsinə əlavə konstruksiyalar və əlavə vasitələr qoşulmaqla idarə olunur. Bu da qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir. Ona görə də xəbərdarlıq edilir ki, istehsalçı zavodun müəyyən edildiyi normaya uyğun olmayan və konstruksiya dəyişikliyi edilmiş yol hərəkəti qadağandır, bu istiqamətdə qanunvericilik çərçivəsində lazımi tədbirlər görüləcək”.
Nizam RZA

Oxşar yazılar

"Neftçi"nin sabiq futbolçusu Mahir Şükürov evləndi
12 may 2025 , 03:21
Bu həftə 4 BÜRC üçün bütün qapılar açılacaq
12 may 2025 , 00:02
Bakının bu yollarında tıxac var - SİYAHI
11 may 2025 , 22:12
Güclü leysan və sel XƏBƏRDARLIĞI
11 may 2025 , 17:51
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
11 may 2025 , 17:27
Beş BÜRC öz xoşbəxtliyini tapacaq, üç BÜRCÜ uğursuzluq dalğası bürüyəcək
11 may 2025 , 15:33
9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB
11 may 2025 , 14:02